Əsas Səhifə > Hadisə > Xaricdə “Abu Malik” kod adı ilə vətəndaşlarımızı tutduran şəxsi DTX həbs edib
Xaricdə “Abu Malik” kod adı ilə vətəndaşlarımızı tutduran şəxsi DTX həbs edib21-07-2025, 15:20 |
Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə 18 iyul 2025-ci ildə keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur. Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb. Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb. Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |