Əsas Səhifə > SİYASƏT > Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb
Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb21-07-2025, 10:28 |
Şuşada "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb. "Report"un əməkdaşı xəbər verir ki, iyulun 19-da başlayan forum bu gün öz işini yekunlaşdıracaq. Üçüncü günün proqramına aşağıdakı mövzularda panel müzakirələri daxildir: "İnformasiya təhlükəsizliyinin təminatı kimi media savadlılığı" və "Sosial şəbəkələrin təkamülü ictimai etimada necə təsir edir: KİV və media savadlılığının sərhədləri". Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir. Şəffaflıq.az Geri qayıt |