Əsas Səhifə > Hadisə > Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb
Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıbBu gün, 16:14 |
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib. Şəffaflıq.az Geri qayıt |