Əsas Səhifə > REGİON > Ermənistan ŞƏT-ə qoşulmaq üçün təşkilata müraciət edib
Ermənistan ŞƏT-ə qoşulmaq üçün təşkilata müraciət edib16-07-2025, 14:25 |
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq üçün sorğu göndərib. Şəffaflıq.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu, bizim balanslaşdırılmış xarici siyasət aparmaq ilə bağlı gündəliyimizə uyğundur. Biz işləməyə davam edəcəyik", - Baş nazir bildirib. O qeyd edib ki, Ermənistan ŞƏT-in tərəfdaşıdır. Geri qayıt |