Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək16-07-2025, 11:28 |
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci il tarixdə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Şəffaflıq.az Geri qayıt |