Əsas Səhifə > Hadisə > Goranboyda kütləvi dava olub, xəsarət alanlar var
Goranboyda kütləvi dava olub, xəsarət alanlar var16-07-2025, 10:10 |
Goranboy rayonunda kütləvi dava olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər. Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |