Əsas Səhifə > Hadisə > Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir16-07-2025, 09:55 |
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |