Əsas Səhifə > MALİYYƏ > Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub16-07-2025, 09:36 |
Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın "Marsh" və "Aon" sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb. Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin "Gallagher Sigorta ve Reasürans Brokerliği" sirmətinə sığorta brokerlərinin reyestrinə daxil edilmişdi. Xatırladaq ki, "Marsh" 2000-ci ildən, "Aon" isə 2004-cü ildən fəaliyyət göstərir. Geri qayıt |