Əsas Səhifə > EKOLOGİYA > Bəzi rayonlara leysan yağacaq
Bəzi rayonlara leysan yağacaq15-07-2025, 16:16 |
Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Geri qayıt |