Əsas Səhifə > SİYASƏT > Penitensiar xidmətin rəisi bölgələrdə yaşayanlar üçün videoqəbullar keçirib
Penitensiar xidmətin rəisi bölgələrdə yaşayanlar üçün videoqəbullar keçirib15-07-2025, 12:16 |
Ədliyyə Nazirliyi regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə videoqəbullar təşkil edir. Penitensiar xidmətdən verilən məlumata əsasən, regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz, Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Şəffaflıq.az Geri qayıt |