Əsas Səhifə > Hadisə > Araz çayında bir nəfər batıb, axtarış aparılır

Araz çayında bir nəfər batıb, axtarış aparılır


14-07-2025, 16:45


Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.


Geri qayıt