Əsas Səhifə > Gündəm > Deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.


5-02-2020, 17:27
 

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi.

6 saylı Şirvan seçki dairsəindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib. (Report)

Qeyd edək ki, Yavər Camalov Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri olub. O, 23 iyun 2018-ci ildə nazir vəzifəsində olarkən vəfat edib.

 

Geri qayıt