Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib


10-07-2025, 14:20


Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

Şəffaflıq.az-ın qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 119-cu pillədən 122-yə enib.

Yığma hazırda 1148 xala malikdir.

Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867) ikinci, Fransa (1862) isə üçüncü pillədə yer alıb.


Geri qayıt