Əsas Səhifə > Hadisə > Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq hovuzda boğularaq ölüb
Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq hovuzda boğularaq ölüb10-07-2025, 09:55 |
Qəbələdə 4 yaşlı uşaq hovuzda boğulub. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü qız kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |