Əsas Səhifə > Hadisə > Ağdərədə 46 yaşlı kişi mal qara otaranda minaya düşüb
Ağdərədə 46 yaşlı kişi mal qara otaranda minaya düşüb10-07-2025, 09:49 |
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |