Əsas Səhifə > Hadisə > Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan 24 nəfərin son durumu açıqlanıb

Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan 24 nəfərin son durumu açıqlanıb


9-07-2025, 11:03


Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt