Əsas Səhifə > Kriminal > İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi - FOTO

İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi - FOTO


4-02-2020, 23:24

 

İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir.

Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib.

İnterpol həmin qərar əsasında axtarış elan edib.
Geri qayıt