Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib9-07-2025, 09:36 |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib. "9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!", - paylaşımda deyilir. Geri qayıt |