Əsas Səhifə > Hadisə > Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var


9-07-2025, 09:35


Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi "KİA" markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.

Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt