Əsas Səhifə > Hadisə > Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib


8-07-2025, 11:09


Zəngilan rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər. Tədbir nəticəsində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Şəffaflıq.az


Geri qayıt