Əsas Səhifə > İnfrastruktur > Bakı Limanı 20 min manat nizamnamə kapitalı ilə yenidən qeydiyyatdan keçib
Bakı Limanı 20 min manat nizamnamə kapitalı ilə yenidən qeydiyyatdan keçib7-07-2025, 10:52 |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-ni 20 000 manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb. Şəffaflıq.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Bu şirkət "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin hüquqi varisidir. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur. Geri qayıt |