Əsas Səhifə > XARİCİ XƏBƏR > Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib


6-07-2025, 18:49


İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.

Şəffaflıq.az-ın xəbərinə görə, müvafiq sənəd qurumun portalında yerləşdirilib.

Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.

Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.


Geri qayıt