Əsas Səhifə > Gündəm > Bakıda qadın özünü 19-cu mərtəbədən atdı

Bakıda qadın özünü 19-cu mərtəbədən atdı


2-11-2018, 21:52

 


Bakının Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.

Milli.az saytının verdiyi məlumata görə, 23 yaşlı xanım həmin binada yaşayırmış və 3 yaşlı bir övladı var. İntihar edən qadının ailəsi ilə birlikdə orada mənzildə kirayədə yaşadığı bildirilir. Sabunçu rayon Polis İdarəsindən bildiriblər ki, adıçəkilən ünvanda 1990-cı il təvəllüdlü bir qadın binadan yıxılıb.

Həkim briqadası hadisə yerinə gələnədək həmin qadın dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt