Əsas Səhifə > FUTBOL > PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"nı məğlub edib.
PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"nı məğlub edib.5-07-2025, 23:59 |
PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"nı məğlub edib. Şəffaflıq.az-ın məlumatına görə, oyun Atlantadakı (ABŞ) "Mercedes-Benz Stadium" stadionunda baş tutub. Hesabı matçın 78-ci dəqiqəsində parislilərin yarımmüdafiəçisi Desire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in hesabdakı üstünlüyünü artırıb; - 2:0. İlk hissənin sonunda "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşması nəticəsində ciddi xəsarət alıb. Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Eernandes meydandan qovulub. PSJ turnirin yarımfinalında "Real Madrid" - "Borussiya" matçının qalibi ilə qarşılaşacaq. Geri qayıt |