Əsas Səhifə > XARİCİ XƏBƏR > Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi4-07-2025, 00:02 |
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın vergi və xərclər haqqında qanun layihəsini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Qanun layihəsi 218 lehinə, 214 əleyhinə səslə qəbul edilib. Qeyd olunur ki, Nümayəndələr Palatasında iki respublikaçı - Kentukkidən Tomas Massi və Pensilvaniyadan Brayan Fitzpatrik qanun layihəsinin əleyhinə səs verib. Trampın sənədi iyulun 4-də - Müstəqillik Günündə imzalayacağı gözlənilir. Nümayəndələr Palatasında demokrat Hakim Ceffriz (Nyu-York) qanun layihəsinə qarşı 8 saat 44 dəqiqə danışıb. Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı qanun layihəsi bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin ciddi azaldılmasını nəzərdə tutur. Geri qayıt |