Əsas Səhifə > SİYASƏT > Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub3-07-2025, 17:14 |
Paytaxt Bakının bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Şəffaflıq.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır: 1. Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsi, “City Park Mall” -un qarşısı; Təmir işləri aparılan küçə və prospektlər: 1. Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu səbəbdən yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkət intensivliyinin artırılması üçün yol polisi ilə birgə zəruri tədbirlər görür. Sürücülərə qeyd olunan küçə və prospektlərdə aparılan təmir işlərini əvvəlcədən nəzərə almaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilib. Geri qayıt |