Əsas Səhifə > REGİON > Rusiya ilə münasibətlər Ermənistan parlamentində deputatlar arasında mübahisə yaradıb
Rusiya ilə münasibətlər Ermənistan parlamentində deputatlar arasında mübahisə yaradıb3-07-2025, 14:25 |
Ermənistan parlamentində müstəqil deputat Ovik Aqazaryanın çıxışından sonra deputatlar arasında mübahisə baş verib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir. O, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri pisləşdirdiyini və Avropaya can atdığını bildirib. "Rusiya tərəfini erməni tərəfindən gələn təxribatlara uymamağa çağırıram", - deyə o bildirib. Onun çıxışından sonra "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Arman Yeqoyan ona qarşı tənqidi fikirlər səsləndirməyə başlayıb. Parlament sədrinin müavini Akop Arşakyan Aqazaryanın bəyanatlarının xarici dövlətin maraqlarını əks etdirdiyini bildirib və onun iclas zalını tərk etməsini tələb edib. Geri qayıt |