Əsas Səhifə > Hadisə > Masazırda açıq ərazidə yanğın söndürülüb

Masazırda açıq ərazidə yanğın söndürülüb


3-07-2025, 09:27


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Şəffaflıq.az


Geri qayıt