Əsas Səhifə > EKOLOGİYA > Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər
Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər2-07-2025, 15:48 |
COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib. "Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər", - məlumatda qeyd olunub. Geri qayıt |