Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 4 Fevral
Günün qoroskopu: 4 Fevral4-02-2020, 00:06 |
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirQoç - Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın. Borc vermək və ya borc almaq məsləhət deyil. Buğa - Münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar. Əkizlər - Kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən uğursuzluqları ürəyinizə salmayın. Güzəştə getməyə çalışsanız da, sizi başqalarının istəklərini anlamaq istəməyən eqoist hesab edirlər. Yaxın ətrafınızdakı insanlara yardım edəndə cavabında mükafat gözləməyin. Xərçəng - "Sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin. Yeni maraq arayın. Həmfikirlə yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil. Şir - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Qız - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin. Yaxın ətrafınızdakı insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda həssas olun, onlara yardım edin. Tərəzi - Tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq üçün əlverişli gündür. Günün ikinci yarısında şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Əqrəb - İstirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Bu gün introvert əhvaldasınız. Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın. Oxatan - Şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm qərarların qəbulunda məntiqli davranın. Oğlaq - Yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay vəziyyətdə qoymasın. Ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar. Dolça - Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır. Yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar. Balıqlar - Yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı ola biləcək insanlarla ünsiyyətdə olun. Prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları artırmağın yollarını düşünün.Milli.Az Geri qayıt |