Əsas Səhifə > REGİON > Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb

Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb


2-07-2025, 11:43


Yekaterinburqun Lenin rayon məhkəməsi azərbaycanlı Şahin Lalayevin həbs müddətini 19 iyula qədər uzadıb.

Bu barədə Şəffaflıq.az xəbər verir.

Qeyd edək ki, Ş.Lalayev iyunun 26-da Yekaterinburqda Rusiya güc strukturlarının reydləri zamanı saxlanılıb. Onun barəsində məhkəmə iyunun 29-da 3 günlük həbs qətimkan tədbiri qəbul edib.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.


Geri qayıt