Əsas Səhifə > SON XƏBƏR > "Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib
"Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib1-07-2025, 13:17 |
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini gücləndirib. Şəffaflıq.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb. Voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib. 25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib. Geri qayıt |