Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ailədaxili münaqişələr, xəyanət hekayələri... - Ailə dəyərini reytinqə qurban vermək olarmı?
Ailədaxili münaqişələr, xəyanət hekayələri... - Ailə dəyərini reytinqə qurban vermək olarmı?1-07-2025, 13:10 |
Televiziya kanallarında “sosial layihə” adı altında yayımlanan proqramlar zaman-zaman ailədaxili münaqişələr, xəyanət hekayələri, hətta azyaşlıların həyatına dair həssas məqamların ifşa olunduğu məkanlara çevrilir. Bu verilişlər cəmiyyətin sosial problemlərinə işıq salsa da, ailə institutuna, şəxsi həyata, uşaqların psixologiyasına dair ciddi etik və hüquqi narahatlıqlar doğurur. Bəs bu cür təqdimatlar, özəl həyata dair detalların efirdə nümayişi cəmiyyətin mənəvi dəyərləri və hüquqi normaları ilə nə dərəcədə uzlaşır? Həmçinin, özünün nümunəvi bir ailəsi, bu mövzuda danışmaq üçün təhsili, peşəkar fəaliyyəti olmayan şəxslər efirlərdə ekspert kimi çıxış edirlər. Bunlar nə qədər doğrudur? Problem kimdə, yaxud nədədir? Mövzu ilə bağlı Şəffaflıq.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli təəssüflə qeyd edib ki, son dövrlər ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir: "Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik göstəriciləri ilə müqayisədə Azərbaycandakı durum nisbətən yaxşı görünür. Amma bu, nisbi göstəricidir. Reallıq odur ki, ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik proseslər mövcuddur". JuHi sədri ailə institutunun deqradasiyaya uğramasını stimullaşdıran fərqli səbəblərdən də bəhs edib: "Bunların sırasında media, informasiya, sosial şəbəkə amili də önə çıxır. Nəzəri fikir belədir ki, media müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla ailə institutunun möhkəmlənməsi, qorunub saxlanılması prosesinə töhfə vermək mümkündür. Amma yaşadığımız dövrdə bunun əksi baş verir. Geri qayıt |