Əsas Səhifə > SİYASƏT > İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır1-07-2025, 13:09 |
Son iki il ərzində qlobal miqyasda müasir təhsil çağırışları ilə üzləşmişik. Şəffaflıq.az-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirəsində deyib. O, mövcud çağırışların bu istiqamətdə işləri sürətləndirməyi tələb etdiyini vurğulayıb: "Xüsusilə, sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır. Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük şansdır. Ən bacarıqlı gəncləri irəli çəkməyə çalışmalıyıq. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərin təhsil alması onların dünyada baş verən hadisələri dərk etmələri baxımından da əhəmiyyətlidir". Geri qayıt |