| Əsas Səhifə >  ELM VƏ TƏHSİL > Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək1-07-2025, 11:16 | 
| 
 Elm və təhsil naziri Emin Əmrullayev 18 iyul tarixində Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. Bildirilib ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 11 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytınınbölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “” vasitəsilə müraciət göndərmək mümkündür. Geri qayıt |