Əsas Səhifə > Hadisə > Qəbələdə mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yıxılan şəxs xilas edilib
Qəbələdə mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yıxılan şəxs xilas edilib1-07-2025, 10:39 |
Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə 36 yaşlı kişi yıxılıb. Şəffaflıq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı məlumat yayıb. Məlumata əsasən, FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Geri qayıt |