Əsas Səhifə > SİYASƏT > Dövlət Komissiyasının İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb

Dövlət Komissiyasının İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb


30-06-2025, 17:43


“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat və xidməti avtonəqliyyat vasitələrinin sayı artırılıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Dövlət Komissiyasının İşçi qrupunda 1 yox, 5 xidməti avtonəqliyyat vasitəsi fəaliyyət göstərəcək.

Həmçinin, İşçi qrupda 6 Baş məsləhətçi (bundan əvvəl 2) və 7 Böyük məsləhətçi (bundan əvvəl 4) çalışacaq.


Geri qayıt