Əsas Səhifə > Hadisə > Oğuzda 4,5 ton çətənə kolu məhv edilib
Oğuzda 4,5 ton çətənə kolu məhv edilib30-06-2025, 14:53 |
Oğuzda 4,5 ton çətənə kolu məhv edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib. Geri qayıt |