Əsas Səhifə > SON XƏBƏR > Fariz Cəfərov: “Azərbaycan üçün yeni texnoloji dalğa böyük imkanlar yaradır”- MÜSAHİBƏ
Fariz Cəfərov: “Azərbaycan üçün yeni texnoloji dalğa böyük imkanlar yaradır”- MÜSAHİBƏ30-06-2025, 14:31 |
IV Sənaye İnqilabı dünya iqtisadiyyatının və cəmiyyətin bütün sahələrini əhatə edən dərin və sürətli transformasiya dövrünü simvolizə edir. Süni intellekt, əşyaların interneti, Data, avtomatlaşdırma, kvant texnologiyaları və 5G kimi yeniliklər artıq yalnız texnoloji inkişafa deyil, həm də sosial rifahın və məhsuldarlığın əsas hərəkətverici qüvvələrinə çevrilir. Bu prosesin dinamikliyi və texnologiyalararası inteqrasiyası onu əvvəlki sənaye inqilablarından fərqləndirir. Bəşəriyyətin bu yeni mərhələyə adaptasiyası isə təkcə texnoloji deyil, həm də institusional, sosial və iqtisadi dəyişiklikləri zəruri edir. Azərbaycan da bu qlobal dəyişiklik fonunda rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi önəm verir. 2021-ci ildə ölkə Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyi nəzdində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu istiqamətdə strateji rol oynayan əsas qurumlardan biridir. Qlobal texnoloji trendləri izləyən və onların ölkədə tətbiqini təşviq edən Mərkəz, Azərbaycanın rəqabətqabiliyyətli və dayanıqlı gələcəyinin qurulmasında mühüm vəzifələr icra edir. 4SİM-in direktoru Fariz Cəfərov mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, texnoloji transformasiyanın iqtisadi və sosial təsirləri, eləcə də insan kapitalının inkişafı üçün görülən tədbirlərlə bağlı “Report”a müsahibə verib: - 4SİM-in Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafında, xüsusilə də 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqinin stimullaşdırılmasında rolunu necə dəyərləndirirsiniz? Fəaliyyətinizin başlıca prioritetləri hansılardır? - Hazırda qlobal sənaye IV böyük transformasiya mərhələsini yaşayır. Süni intellekt, kvant hesablamaları, 5G texnologiyaları, əşyaların interneti, biotexnologiyalar və avtomatlaşdırılmış sistemlər yalnız iqtisadi modelləri dəyişdirmir. Bunlar həm də istehsal, təhsil, səhiyyə, logistika və idarəetmənin gələcəyini yenidən dizayn edir. Bu prosesə IV Sənaye İnqilabı adı verilir və o, əvvəlki inqilablardan fərqli olaraq, həm sürətli yayılma, həm də texnologiyalararası sinerji ilə seçilir. Bu inqilab dövlətlərin iqtisadi güc balansına təsir göstərir, rəqabət qaydalarını yenidən yazır. Qlobal səviyyədə rəqəmsal transformasiyanı vaxtında, məqsədyönlü şəkildə həyata keçirə bilən ölkələr - xüsusən insan kapitalını və texnoloji innovasiyanı önə çıxaranlar -yeni qlobal reallıqlarda lider mövqelər qazanır. Geri qayıt |