Əsas Səhifə > FUTBOL > “Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb
“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb26-06-2025, 20:59 |
Paraqvaylı Luis Ortis icarə əsasında “Sportivo Ameliano”dan “Neftçi”yə keçib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “flaqman”ın mətbuat xidməti “Neftçi” növbəti transferini rəsmiləşdirib. Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb”, – məlumatda diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək yalnız Paraqvayda çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. Geri qayıt |