Əsas Səhifə > REGİON > İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib
İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib25-06-2025, 20:17 |
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahının rəisi, general Əli Şadmaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir. Qeyd olunur ki, Şadmani ötən həftə İsrailin endirdiyi zərbə nəticəsində ağır yaralar aldıqdan sonra dünyasını dəyişib. İyunun 17-də İsrail ordusunun mətbuat xidməti xəbər verib ki, Şadmani gecə İrana endirilən zərbələr zamanı məhv edilib. Geri qayıt |