Əsas Səhifə > Hadisə > Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb
Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb25-06-2025, 16:05 |
Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücülləru saxlanılıb. Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Geri qayıt |