Əsas Səhifə > FUTBOL > Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub
Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub25-06-2025, 15:42 |
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubunun Almaniya Kubokunda rəqibi bəlli olub. Şəffaflıq.az-ın məlumatına görə, komanda turnirin I raundunda "RSV Aytraxt 1949" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 17-də təşkil olunacaq. Qeyd edək ki, Mahir Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb. Geri qayıt |