Əsas Səhifə > FUTBOL > AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək
AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək25-06-2025, 14:34 |
AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun iclasında milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev məlumat verib. Qeyd edilib ki, "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır: - AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması. - Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması. AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın: - Birinci Regional İnkişaf Mərkəzinin inşası. - Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi. Geri qayıt |