Əsas Səhifə > SİYASƏT > Qvadelup təmsilçisi: Fransanın bizim adada yürütdüyü müstəmləkə siyasəti mürəkkəb mexanizmə əsaslanıb
Qvadelup təmsilçisi: Fransanın bizim adada yürütdüyü müstəmləkə siyasəti mürəkkəb mexanizmə əsaslanıb25-06-2025, 14:17 |
Qvadelupu Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər. Şəffaflıq.az xəbər verir ki, bunu aqronom-mühəndis, “Sanatan Dharma Samaj” təşkilatının prezidenti Elie Shitalou iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Müstəmləkəçilik və dekolonizasiya dövründə mənəvi aspektlər” mövzusunda beşinci panel sessiyasında deyib. O, Qvadelupun tarixində dərin müstəmləkəçilik siyasətinin həyata keçirildiyini vurğulayıb: “Qvadelup unikal ölkədir. Oranı daha çox Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər. Çünki o, almaz kimi parlayır. Ölkə ərazi baxımından nə qədər kiçik olsa, dəyəri bir o qədər böyük olur. Qvadelupun tarixində dərin müstəmləkəçilik siyasəti həyata keçirilib, insanlar qul kimi çalışdırılıb”. Çıxışçı bildirib ki, Fransanın Qvadelupda həyata keçirdiyi müstəmləkə siyasəti çox mürəkkəb mexanizmə əsaslanıb: “Çünki onlar təkcə infrastrukturu dağıtmırdılar, eyni zamanda, insanların düşüncəsini də dəyişməyə çalışır, əhalini dilindən və dinindən uzaqlaşdırırdılar. Xristian olmayanları barbar kimi görürdülər”. Geri qayıt |