Əsas Səhifə > SİYASƏT > Məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib
Məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib25-06-2025, 09:34 |
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib. Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib. İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və İşçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Dövrün tələblərinə uyğun olaraq olaraq yenidən işlənilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” layihəsi təsdiq edilib. Eyni zamanda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” layihəsi müzakirə olunub. Daha sonra cinayət, mülki və inzibati mübahisələrə dair ədalət mühakiməsinin səmərəliliyinin təhlilinə və Məhkəmə-Hüquq Şurası Aparatının fəaliyyəti ilə bağlı işçi qruplar yaradılması qərara alınıb. Şəffaflıq.az Geri qayıt |