Əsas Səhifə > REGİON > Karapetyan cəzaçəkmə müəssisəsinə köçürülüb
Karapetyan cəzaçəkmə müəssisəsinə köçürülüb24-06-2025, 14:18 |
İrəvanda həbs edilmiş iş adamı - "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürüblər. Şəffaflıq.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin cəzaçəkmə xidmətinin mətbuat katibi Nona Navikyan məlumat verib. "Qərar xidməti zərurətdən irəli gələrək qəbul edilib", - o bildirib. Daha əvvəl Karapetyan erməni həbsxanalarındakı hüquqları pozulmuş məhbuslara kömək etmək niyyətində olduğunu bəyan etmişdi. Məlumata görə, S.Karapetyanın fəallığı həbsxanada mümkün qiyam ilə bağlı narahatlıq yaradıb. Qeyd edək ki, iyunun 18-də İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Ermənistan KİV-nin məlumatına görə, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur. Geri qayıt |