Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib


24-06-2025, 12:06


Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Şəffaflıq.az xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib:

"Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin və suverenliyinin keşiyində sayıq dayanmışlar. Onlar işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri də layiqincə yerinə yetirirlər. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək.

Silahlı Qüvvələr Günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq".


Geri qayıt