Əsas Səhifə > MALİYYƏ > ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb


24-06-2025, 12:04


"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədə bu gün Bakıda keçirilən "Fintex Summit 2025" çərçivəsində imza atılıb.

Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imzalayıblar.


Geri qayıt