Əsas Səhifə > FUTBOL > "Araz-Naxçıvan"ın rəqibi heyətini portuqaliyalı müdafiəçi ilə gücləndirib

"Araz-Naxçıvan"ın rəqibi heyətini portuqaliyalı müdafiəçi ilə gücləndirib


24-06-2025, 10:36


"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini portuqaliyalı mərkəz müdafiəçisi ilə gücləndirib.

Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki təmsilçisi Pedro Alvaro ilə müqavilə imzalayıb.

O, Yunanıstan klubuna "Eştoril"dən (Portuqaliya) transfer olunub. Müqavilənin detalları haqqında ətraflı məlumat verilməyib.

25 yaşlı arxa xətt oyunçusu Portuqaliyanın U-20 millisində də çıxış edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.


Geri qayıt